Ermənilərin raket atəşi nəticəsində Göygöl və Ağgöl milli parklarına ziyan dəyib
2020-10-30 14:05
“İşğalçı Ermənistan terror aktlarını davam etdirərək təkcə region üçün deyil, planetin ekoloji tarazlığı üçün də qiymətli olan təbiət abidələrini, flora və faunanı məhv edir. Bununla da Azərbaycan təbiətinə qarşı ekoloji terror törədir”. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, düşmənin beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq cəbhə xəttindən kənarda yerləşən Ağcabədi və Göygöl rayonlarını artilleriya atəşinə tutması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşüb. Yanğınlar baş verib, flora və faunaya, təbii landşafta ciddi ziyan dəyib.
Vüsalə Camal