Ermənilərin mülki obyektlərə vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlərə başlanılıb
2020-10-16 18:00
Ermənistanın mülki obyektlərə vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlərə başlanılıb. Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, ANAMA və aidiyyəti yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə yaradılan komissiya Mingəçevirdə araşdırma-qiymətləndirmə işlərini başa çatdırıb və qısa müddətdə Gəncə üzrə işlər də yekunlaşdırılacaq. FHN bildirib ki, müharibə vəziyyətində ölkədə infrastruktur və mülki obyektlərin bərpası və tikintisi Prezidentin nəzarətindədir.
Nərgiz Camal