Ermənilərin Gəncəni atəşə tutması ilə bağlı cinayət işi açılıb
2020-10-11 15:04
Prezidentin köməkçisi, Prezident Administrasının şöbə müdiri Hikmət Hacıyev, Baş prokuror Kamran Əliyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Ermənistan tərəfindən raket atəşinə məruz qalan Gəncədə düşmən tərəfindən törədilən təxribatın detalları ilə tanış olublar. Kamran Əliyev yerli və beynəlxalq media nümayəndələrinə baş verən faktla bağlı cinayət işinin açıldığını bildirib.
Fərid Mehdiyev