Ermənilərin Gəncədə tarixi-dini abidələrə vurduğu ziyanla bağlı hesabat hazırlanıb
2020-11-03 10:03
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ballistik raketlərlə atəşə tutması nəticəsində ciddi ziyan dəymiş tarixi-dini memarlıq abidələrinə dair aralıq hesabat hazırlayıb. Hesabat “İmamzadə Ziyarətgah” Kompleksi və Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində Ombudsman tərəfindən həyata keçirilmiş monitorinqlər zamanı yerində toplanan faktları özündə əks etdirir və dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, milli insan hüquqları təsisatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilib.
Fərid Mehdiyev