2020-11-03 12:05
Təcavüzkar Ermənistan 30 ildir işğal altında saxladığı Azərbaycan ərazilərində təbiət abidələrinə, yeraltı və yerüstü təbii sərvətlərə ciddi zərər vurmaqla ekoloji terror törədir. Ağgöl və Göygöl milli parklarına ermənilər tərəfindən atılan raketlər yanğına səbəb olub. Şuşa meşələrinə ağ fosfor maddəsindən istifadə olunmaqla od vurulub. Bu ağır cinayətlər ətraf mühit sahəsində mövcud olan “Bioloji Müxtəliflik”, “Ramsar” və “Bern” beynəlxalq konvensiyalarının tələblərinin pozulmasıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilib ki, Azərbaycan ərazisində Ermənistan tərəfindən həyata keçirilən ekoloji terror aktlarına son qoyulması məqsədilə konvensiyaların katibliklərinə müraciət edilib.
Vüsalə Camal