Ermənilərin atəşi nəticəsində daha 3 mülki şəxs yaralanıb
2020-10-09 12:03
Düşmən bu gün səhər saat 8 radələrindən başlayaraq Füzuli rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub. Qarabağ kənd sakinləri 38 yaşlı Samir Hidayət oğlu Əsədov, 62 yaşlı Nizami Cəfər oğlu İbrahimov və 52 yaşlı Alman Ənvər oğlu Abbasov yaşadıqları evlərə mərmi düşməsi səbəbindən müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. O cümlədən tikililərə külli miqdarda ziyan dəyib.
Nərgiz Camal