Ermənilərin atəşi nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralanıb
2020-10-09 14:04
Bu gün səhər saatlarında erməni silahlı qüvvələrinin növbəti dəfə dinc əhalini hədəfə alması nəticəsində ANAMA-nın Füzuli regional idarəsinin əməkdaşı 38 yaşlı Samir Hidayət oğlu Əsədov ağır yaralanıb. Xəstəxanaya aparılan şəxsdə 3 ədəd qəlpə yarası aşkar edilib və cərrahiyyə əməliyyatı edilib, vəziyyəti ağır olaraq qalır. ANAMA-dan verilən məlumata görə, cəbhəboyu mülki ərazilərdə təhülkəsizliyin təmini məqsədilə işçi heyət 24 saatlıq fasiləsiz iş rejimi ilə fəaliyyət göstərir.
Fərid Mehdiyev