2020-10-01 15:00
Bu gün saat 13 radələrində Ermənistan silahlı qüvvələrinin açdığı ağır artilleriya atəşi nəticəsində Ağdam rayonu, Hacıməmmədli kəndində 54 yaşlı Mürsəl Məmmədov və oğlu 24 yaşlı Samir Məmmədov top qəlpələrindən həlak olub, yaşadıqları evə külli miqdarda ziyan dəyib. Faktla bağlı Ağdam rayon prokurorluğunda cinayət işi başlanıb. Düşmən Ağdam rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində Gül Baharlı kəndində Məzahir İsmayılovun evi dağılıb, Rəşid Vəliyevin evinə, yardımçı tikiliyə və məktəb binasına ziyan dəyib. Ağdamda məcburi köçkünlərin məskunlaşdığı Bənövşələr qəsəbəsinə düşən mərmi nəticəsində isə qəsəbə sakini Şakir Abışova məxsus 4 baş iribuynuzlu heyvan tələf olub, biri yaralanıb.
Nərgiz Camal