Ermənilər Tovuzun kəndini atəşə tutub
2020-09-14 14:00
Ermənistan silahlı qüvvələri Tovuzun Əlibəyli kəndini atəşə tutub. Cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edən düşmən sentyabrın 13-də axşam saatlarında yaşayış məntəqəsini hədəf alıb. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.
Nərgiz Camal