Ermənilər Tərtəri fosforlu mərmilərdən atəşə tutub
2020-11-03 18:04
Ermənilər Tərtər rayonuna fosforlu partlayıcı maddə atıb. Fosforlu mərmilər rayonun Səhləbad kəndində boş sahəyə düşdüyündən itki yoxdur. Hadisə barədə dərhal ANAMA təşkilatına məlumat verilib.Hazırda ərazidə mərmilərin zərərsizləşdirilməsi üçün təhlükəsizlik tədbirləri görülür.
Fərid Mehdiyev