Ermənilər rayonlarımızı yenidən intensiv atəşə tutur
2020-10-09 15:04
Ölkəmizin işğal olunmuş Şuşa şəhərindəki dini ibadət yerlərinin və mədəniyyət abidələrinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən hədəf alınmasına dair Ermənistan XİN-in açıqlaması yalandır. Ermənistanın Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki infrastrukturunu və mədəniyyət abidələrini qəsdən atəşə tutması fonunda yayılan belə xəbərlər növbəti saxta ittiham və təxribatıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, bu günlərdə ölkəmizin tarixi və mədəni irsinin mərkəzi olan Gəncəyə raket zərbələri endirməklə Ermənistan vandalizm siyasətini bir daha nümayiş etdirdi.
Nərgiz Camal