Ermənilər Qarabağda tarixi və mədəni abidələrin 95 faizini məhv edib. Mədəniyyət naziri
2021-10-14 18:09
Ermənistanın 30 il ərzində işğal altında saxladığı Qarabağ ərazisində abidələrimizə münasibətdə həyata keçirdiyi vəhşiliyin əsas məqsədi Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi, mədəni irsi yer üzündən silmək olub. Mədəniyyət naziri Anar Kərimov Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib ki, ilkin monitorinqlərin nəticələrinə əsasən azad olunmuş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix və mədəniyyət abidəsinin 95 faizinin dağıdıldığı məlum olub.
Nərgiz camal