Ermənilər İsveç-Azərbaycan matçında təxribat törətməyi planlaşdırırlar
İsveçdəki erməni icmasının üzvləri martın 27-də futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu ölkənin Stokholm şəhərində keçiriləcək İsveç – Azərbaycan matçında təxribat törətməyi planlaşdırırlar. “Bizə məlumat verdilər ki, Azərbaycanla oyuna bilet alıb təxribat törətmək, orada siyasi məsələləri qabartmaq istəyirlər. Bunların arasında azərbaycanlı ekofəalların Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirdikləri etiraz aksiyasını hədəf alan şüarlar da var", deyə İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev qeyd edib. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanıb.
Nərgiz Camalzadə