Ermənilər daha çox Dondar Quşçu kəndinə ziyan vurub
2020-07-23 14:03
Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı İşçi Qrup hazırda Tovuz rayonunda Ermənistanın Silahlı Qüvvələrinin atəşi nəticəsində baş verən fəsadların aradan qaldırılması ilə bağlı yerlərdə araşdırma işlərini artıq yekunlaşdırıb. Rayonun Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyən ziyanın qiymətləndirilməsi işi aparılır. Ən çox zərər Dondar Quşçu kəndinə dəyib.
Nərgiz Camal