Ermənilər Azıx mağarasında qanunsuz yolla aşkarlanan nümunələri xaricə satıb
2020-11-02 14:05
Dünyanın ən qədim insan məskənlərindən sayılan, Azərbaycanın Füzuli şəhərindən 16 km aralıda yerləşən, Quruçay sahilindəki məşhur Azıx mağarasında aşkarlanan qədim insanların izləri, alətləri və qədim heyvanların aşkar olunan sümükləri müxtəlif ölkələrə qanunsuz şəkildə satılıb. Milli Elmlər Akademiyasından verilən məlumata görə, mağarada aparılan qanunsuz qazıntı işlərinə 2002-ci ildən başlayaraq İngiltərə, İrlandiya, İspaniya və İtaliyadan arxeoloji dırnaqarası “ekspedisiyalar” cəlb edilib.
Nərgiz Camal