Ermənilər “Messenger”lə təxribata əl atırlar
2020-10-08 15:04
Ermənistan indi də “Facebook Messenger” üzərindən təxribatlara əl atıb. Guya türkiyəli əsgərlərin Azərbaycan tərəfində vuruşduğunu təsdiqləmək məqsədilə “Messenger” vasitəsilə türk dilində səs yazıları göndərilir, videozənglər edilir. Özlərini Türkiyə vətəndaşı kimi qələmə verənlər informasiya əldə etməyə çalışırlar. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər.
Nərgiz Camal