Erməni vandallarının azərbaycanlılara bəslədiyi nifrət sərhəd tanımır
2020-10-21 12:09
Erməni vandallarının azərbaycanlılara bəslədiyi nifrət sərhəd tanımır. Diasporla İş üzrə Dövlət komitəsindən verilən məlumata görə, onlar dünən gecə Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin binasının üzərinə nifrət dolu ifadələr, təhqir və söyüş yazmaqla erməni xislətinin dəyişməz olduğunu bir daha sübut ediblər. Milli zəmində azərbaycanlılara qarşı nifrət çağrışları edən ermənilərin cəzalandırılıması üçün hadisə yerinə polis əməkdaşları çağırılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Nərgiz Camal