Erməni vandalizminin mahiyyətini və miqyasını təsvir etmək üçün sözlər kifayətsizdir - H.Hacıyev
2021-06-06 10:00
Ermənilər iki bacının qəbrinin arasından səngər qazıblar. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bununla bağlı öz tvitter səhifəsində foto paylaşıb: "Səringül və Təyyarə bacıları həyatda olduqları qədər, ölümdə də yaxın idilər amma onların qəbir daşları ermənilərin qazdıqları səngərlə ayrılıb. Erməni vandalizminin mahiyyətini və miqyasını təsvir etmək üçün sözlər kifayətsizdir. Hətta qəbiristanlıqlara da aman vermədilər”. deyə paylaşımda qeyd olunur.
Nərgiz camal