2021-11-13 14:00
Bu gün saat 7:12-də Azərbaycanın Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı, 46 yaşlı Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan ərazisində terror aktı törətmək istəyiblər. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin məlumatına görə, onlar avtomobildən düşüb Şuşanın Daşaltı kəndi yaxınlığında xidmət aparan Azərbaycan və Rusiya hərbçilərinin həyatını təhlükəyə atmaqla onlar tərəfə əl qumbarası atıblar. Nəticədə hərbçilərimizdən çavuş Hafiz Nəsibov və digər iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Azərbaycanın Baş Prokuroru tərəfindən cinayət işi başlanılıb.
Nərgiz camal