Erməni təxribatı nəticəsində 63 mülki şəxs həlak olub
2020-10-23 13:03
Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 298 nəfər yaralanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 398 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2156 yaşayış evi yarasız hala düşüb.
Nərgiz Camal