Erməni təxribatı nəticəsində 2734 yaşayış evi yararsız vəziyyətə düşüb
2020-11-04 13:04
Sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 500 mülki obyekt, 98 çoxmənzilli yaşayış binası və 2 734 yaşayış evi yararsız vəziyyətə düşüb.
Vüsalə Camal