Erməni tərəfinin yeni macəralardan çəkinməsini gözləyirik -Türkiyənin xarici işlər naziri
2020-01-14 16:00
“Azərbaycanın dəvətinə cavab olaraq atəşkəsin təmin edilməsi və bərpa prosesi ilə bağlı çalışmağa davam edəcəyik. Atəşkəsə nəzarət üzrə Rusiya ilə Birgə Mərkəz yaratmışıq”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. "Erməni tərəfinin atəşkəsə və birgə bəyanatda qəbul edilən şərtlərə riayət etməsini, yeni macəralardan çəkinməsini gözləyirik. Anlaşma davam edərsə və Azərbaycan-Ermənistan meydançası yaranarsa, bu vəziyyət türk-erməni əlaqələrinə müsbət təsir edəcək”.
Vüsalə Camal