2020-11-06 18:10
Müdafiə Nazirliyi əhali arasında çaşqınlıq salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə hər bir Azərbaycan vətəndaşını, elektron media və digər kütləvi informasiya vasitələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş, qeyri-obyektiv məlumatlara inanmamağa və onlardan istifadə etməməyə çağırır. Erməni tərəfi Azərbaycan Ordusunun hərbi uğurlarına inamsızlıq yaratmaq üçün əlindən gələni edir. Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə məqsədli sorğular keçirməyə cəhd göstərir. Vətəndaşlardan düşmən təxribatlarına uymamaları, onlara ünvanlanan kəşfiyyat-təxribat xarakterli müraciətlər haqqında (077) 405-99-99 nömrəli WhatsApp və Telegram kanalları vasitəsilə məlumat vermələri xahiş olunur. Və unutmamalıyıq ki, Azərbaycan vətəndaşları 2 düşmənə - erməniyə və koronavirusa qarşı mübarizə aparır. Gözəgörünməz düşməndən qorunmaq üçün məsafə saxlayaq, tibbi spirt və maskadan istifadə edək, əllərimizi ən azı 20 saniyə olmaqla mütəmadi olaraq yuyaq, ehtiyac yaranmadığı təqdirdə evdən çıxmayaq. Həmçinin quru öskürək, yüksək hərarət və s. kimi simptomlarla qarşılaşdıqda dərhal həkimə müraciət edək. Ön cəbhədə görünən düşmən, arxa cəbhədə isə görünməyən düşmənlə apardığımız mübarizədə özümüzü qorumaqla Vətəni müdafiə edək! Axı gücümüz birliyimizdədir! Qələbə bizimdir! Qarabağ Azərbaycandır!
Vüsalə Camal