2020-10-12 17:07
Müdafiə Nazirliyi əhali arasında çaşqınlıq salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə hər bir Azərbaycan vətəndaşını, elektron media və digər kütləvi informasiya vasitələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş, qeyri-obyektiv məlumatlara inanmamağa və onlardan istifadə etməməyə çağırır. Erməni tərəfi Azərbaycan Ordusunun hərbi uğurlarına inamsızlıq yaratmaq üçün əlindən gələni edir. Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə məqsədli sorğular keçirməyə cəhd göstərir. Vətəndaşlardan düşmən təxribatlarına uymamaları, onlara ünvanlanan kəşfiyyat-təxribat xarakterli müraciətlər haqqında (077) 405-99-99 nömrəli WhatsApp və Telegram kanalları vasitəsilə məlumat vermələri xahiş olunur........ Qarabağ Azərbaycandır.
Nərgiz Camal