Erməni kəşfiyyat-diversiya qrupunun məqsədi təminat yolunu minalamaq olub
2021-05-27 16:08
Erməni kəşfiyyat-diversiya qrupunun məqsədi qüvvələrimizin arxasına keçərək təminat yolunu minalamaq olub. Müdafiə Nazirliyinin sözcüsü, polkovnik-leytenant Anar Eyvazovun sözlərinə görə, Ermənistan tərəfi mayın 27-i saat 3 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində kəşfiyyat-diversiya qruplarının törətdiyi təxribatları ört-basdır etmək məqsədilə həmişə olduğu kimi yenə də yalan məlumat yayıb. Kəşfiyyat-diversiya qrupunun fəaliyyətini mühəndis işləri kimi qələmə verməsi düşmənin özünə bəraət qazandırmaq cəhdidir.
Vüsalə Camal