Erməni kəşfiyyatçılarının Azərbaycan ərazisinə keçməsi terror-təxribat əməlidir - XİN
2021-05-27 12:09
Ermənilərin təxribatı ilə bağlı XİN də məlumat yayıb. Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin diversiya cəhdləri terror-təxribat əməli kimi qiymətləndirilir. "Azərbaycanın sərhədlərinin pozulmasına yönəlik cəhdlər yolverilməzdir", - deyə XİN-dən vurğulanıb. Nazirliyin mətbuat katibi Letla Abdullayeva qeyd edib ki, Ermənistanın təxribat qrupunun Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olmaq cəhdi Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın pozulması deməkdir.
Vüsalə Camal