Erməni işğalı Azərbaycanın sığorta bazarına 1 milyard manata yaxın ziyan vurub
2020-11-12 12:10
30 ilə yaxın erməni işğalının Azərbaycanın sığorta bazarına vurduğu zərər ümumi həcmdə 1 milyard manata yaxındır. Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib ki, bu günədək işğal altında saxlanmış şəhər və kəndlərimizdə işğal edildiyi tarixə qədər mövcud olan və erməni vandalları tərəfindən tam yararsız hala salınmış yaşayış və qeyri-yaşayış obyektlərinin cəminə görə Azərbaycan sığorta bazarı sadəcə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə 149 milyon 553 min manat yığım təmin edə bilərdi.
Vüsalə Camal