2020-10-09 17:06
Baş Prokurorluqda Fransa vətəndaşı Artur Oqanisyan və Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanın Azərbaycan ərazisində törətdikləri cinayət əməllərinə dair yerli və xarici mediada yayılmış çoxsaylı məlumatlar əsasında araşdırma aparılıb. Həmin şəxslər Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik tərkibində birləşiblər. Dırnaqarası “Dağlıq Qarabağ Respublikası” adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə Azərbaycanın dinc vətəndaşlarına və silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan ərazilərinin işğal edilməsinə yönələn təcavüzkar müharibədə Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə ediliblər. Faktla bağlı cinayət işi başlanılıb.
Nərgiz Camal