Erməni diversantın görüntülərini yayan hərbçilər ehtiyata buraxılıblar
2020-09-11 14:00
Sosial şəbəkələrdə guya erməni kəşfiyyatçısını tutduqlarına görə xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular barədə yayılan əsassız iddia yalandır. Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bəzi hərbi qulluqçular Azərbaycan Ordusunda smartfon tipli mobil telefonlardan istifadənin qadağan edilməsi barədə əmrin tələblərini pozublar. Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və video görüntülərini çəkərək sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar. Günahkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıblar və toplanan materiallar hüquqi qiymət verilməsi məqsədilə Hərbi Prokurorluğa göndərilib.
Vəfa Şairova