2020-11-06 12:04
Ermənistan xarici ölkələrdə qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərən erməni diasporunu səfərbər edərək ordusuna maliyyə vəsaitləri cəlb edir. Bununla da Azərbaycanın mülki əhalisinə qarşı növbəti hücumlara töhfə vermiş olur. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, bunu xaricdə yaşayan ermənilər arasında sosial media və şəbəkələrdəki yazışmalar sübut edir. Bu, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Beynəlxalq Konvensiyanın, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarına görə, qeyri-kommersiya təşkilatları tərəfindən terrorizmin maliyyələşməsi kimi qiymətləndirilir və dövlətlər bu kimi halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməlidir.
Nərgiz Camal