Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə xarici diplomatların son səfəri ilə bağlı aparılan müzakirələrə münasibət bildirib.İcmanın yaydığı bəyanatda qeyd olunub ki, səfərlə bağlı Ermənistanda əsassız hay-küy kampaniyası davam edir. Bu cür reaksiyalar iki ölkə arasında sülh və normallaşma prosesinə zərər vurur.Qərbi Azərbaycan İcması, həmçinin erməni cəmiyyətində saxta tarix, qədimlik və milli müstəsnalıq üzərində qurulan yanaşmaların yenidən önə çıxdığını bildirib. İcma Azərbaycan xalqının tarixinin və mədəni irsinin inkar edilməsini yanlış və təhlükəli siyasət kimi qiymətləndirib.Ermənistan cəmiyyəti keçmişin səhvlərini təkrarlamamağa, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə son qoymağa, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü qəbul etməyə, həmçinin təxribatçı əməllərdən çəkinməyə çağırılır.
16 sentyabr 2026

