Erməni boksçunun təxribatı ilə bağlı müraciət edilib
2020-10-13 14:09
Azərbaycan Peşəkar Boks Federasiyası erməni boksçu Oqanes Baçkovun döyüş zamanı rinqdə etdiyi separatçı hərəkətlərlə əlaqədar yarışın təşkilatçılarına müraciət ünvanlayıb. Baçkov rinqə qondarma “Dağlıq Qarabağ respublikası”nın dırnaqarası "mahnı"sı ilə çıxıb, sonda isə üzərində qondarma rejimin dırnaqarası "xəritə"si olan köynək geyinib. Sözügedən döyüş oktyabrın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində gerçəkləşib. Turnirin təşkilatçısı olan şirkətlərə də müraciət edilib. Oqanes Baçkov venesuelalı Samuel Qonsaleslə döyüşə Ermənistan bayrağı ilə çıxıb, lakin qələbə qazandıqdan sonra qondarma “Dağlıq Qarabağ respublikası”nın dırnaqarası "xəritə"si olan köynək geyinib.
Vüsalə Camal