Erlinq Holann niderlandlı hücumçunun rekordunu yeniləyib
İngiltərə Premyer Liqasının XXI turunda "Vulverhempton"a 3 qol vuran "Mançester Siti"nin futbolçusu Erlinq Holann "Mançester Yunayted"in niderlandlı sabiq hücumçusu Rud van Nistelroyun rekordunu yeniləyib. Çempionatdakı 19-cu matçında 4-cü het-trikinə imza atan norveçli forvard bu göstəriciyə ən tez çatan oyunçu olub. Van Nistelroy bunu 65 oyuna bacarıb. 3-cü sırada 81 oyuna bunun öhtəsindən gələn Luis Suares qərarlaşıb.