Erlinq Holann həm qol vurur, həm də rekord qırır
"Mançester Siti"nin futbolçusu Erlinq Holann yeni rekorda imza atıb. Norveçli hücumçu “Leyptsiq”ə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqası oyununda fərqlənməklə qitənin bir nömrəli klub turnirində 40 qola hamıdan tez çatan futbolçu olub. Holann həm də Fransanın PSJ komandasında çıxış edən Kilian Mbappenin rekordunu qıraraq Çempionlar Liqasında 40 qol vuran ən gənc oyunçu adına da sahib çıxıb.
Emin İsazadə