"Environmental Protection First" Koalisiyası "Amuldağ" qızıl yatağının mənfi təsirlərinə dair brifinq keçirib
"Environmental Protection First" Koalisiyası "Amuldağ" qızıl yatağının istismarının ətraf mühitə və region ölkələrinin ekologiyasına mənfi təsirlərinə dair media üçün brifinq keçirib. "Amuldağ" qızıl yatağındakı dağ-mədən sənayesində qızılın istismarında bir çox ölkələrdə qadağan olunan sianogen texnologiyasından istifadə edildiyi, bunun İstisu mineral su yatağı, Göyçə gölü, Arpaçay, hətta Xəzər dənizi üçün ciddi təhdid olduğu vurğulanıb. Ermənistan tərəfi Amuldağ qızıl yatağında monitorinq aparılmasına şərait yaratmalıdır.
Fərid Mehdiyev