Enrike Mora ilə Azərbaycan-Aİ təhlükəsizlik dialoqunun 5-ci raundu keçirilib
"Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora ilə Azərbaycan-Aİ təhlükəsizlik dialoqunun 5-ci raundu keçirilib. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsindəki paylaşımında qeyd edib. Görüşdə Aİ-Azərbaycan əməkdaşlığının daha da artırılması, qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər müzakirə edilib.
Azad Mustafayev