Emre Kaplan Türkiyənin müvafiq yığmasına dəvət alıb
2021-05-20 16:05
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində oynamaqdan imtina edən Emre Kaplan Türkiyənin müvafiq yığmasına dəvət alıb. Bu barədə futbolçunun icarə əsasında çıxış etdiyi "Bodrumspor" klubundan bildirilib. Emre Kaplan daha əvvəl Azərbaycanın U-19 millisində də çıxış edib. Hər iki yaş qruplarında ümumilikdə 3 rəsmi oyuna çıxan cinah müdafiəçisi, müqavilə ilə “Başakşehir” klubuna məxsusdur.
Nərgiz camal