Emin Əmrullayev: Uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi vacibdir

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, uşaqların sosial mediadan istifadəsini tam qadağan etmək yox, düzgün tənzimləmək vacibdir.Nazirin sözlərinə görə, uşaqlar artıq informasiya əldə etmək üçün daha çox elektron platformalara üstünlük verir və onları bu mühitdən uzaq saxlamaq mümkün deyil. Valideynlərin uşaqlarla kifayət qədər vaxt keçirməməsi onların inkişafına təsir göstərir. Nazir həmçinin deyib ki, uşaqlar süni intellektdən məsələnin izah yolu ilə bağlı yox, birbaşa o məsələnin cavabı üçün istifadə edir.Bu da onların kütləşməsi və tənbəlləşməsinə gətirib çıxarır. Nazir onu da bildirib ki, Azərbaycanda uzun illərdir peşə seçimi maraq və bacarıqlardan çox, qəbul imtahanlarında toplanan balla müəyyənləşir. Bu yanaşma dəyişmədiyi müddətdə təhsil sistemində ciddi irəliləyişə nail olmaq çətin olacaq. O vurğulayıb ki, uşaqların motivasiyasının formalaşdırılması üçün təhsilə baxış yenilənməlidir.E.Əmrullayev həmçinin qeyd edib ki, ibtidai təhsilin keyfiyyətinin artırılması gələcəkdə daha peşəkar müəllim, həkim, hüquqşünas və digər mütəxəssislərin yetişməsinə zəmin yaradacaq. Hazırda keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesi də məhz bu məqsədə xidmət edir.

10 iyun 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik