Elçin Quliyev Şəhidlər xiyabanını ziyarət edib
Vətən müharibəsinin 2-ci ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qurumun şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərlərinə gül dəstələri düzülüb.