Elnur Məmmədov Martina Barker-Çiqanikova və Qoran Petrov ilə görüşüb
Xarici işlər nazirinin müavini Elnur Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyasının nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrov ilə görüşüb. Elnur Məmmədov 7 fevral tarixinə təyin edilən növbədənkənar Prezident seçkilərinin ədalətli və şəffaf keçirilməsi üçün atılan addımlar, beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı, xaricdə yaşayan Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi ilə bağlı tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.
Vüsalə Cənnətova