Canlı
Elmar Məmmədyarov: "Milanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşlərin çox faydalı olduğunu hesab edirəm"

2018-12-06 / 18:56

"Dünən Milanda ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla görüşlərim baş tutub. Çox intensiv məsləhətləşmələr oldu, çox mühüm fikir mübadiləsi aparıldı. Bu görüşləri çox faydalı hesab edirəm". Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Milanda ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının illik iclasında deyib. XİN başçısının sözlərinə görə, uzun illər ərzində ilk dəfə tərəflər görüşün yekunlarına dair bəyanatın mətni ilə bağlı razılaşa biliblər.

Fərid Mehdiyev