Elmar Məmmədyarov ATƏT-in baş katibini Azərbaycana dəvət edib
2020-02-11 10:00
Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanada ATƏT-in Baş katibi Tomas Qreminqer ilə görüşüb və tərəflər ATƏT və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Görüş zamanı baş katib ATƏT-in Azərbaycanı təhlükəsizliyin hərbi-siyasi, iqtisadi və ətraf mühit və insan ölçüsü üzrə öhdəliklərinin yerinə yetirilməsində dəstəkləməyə sadiq olduğunu qeyd edib.
Fərid Mehdiyev