Elektronika mağazasından oğurluq edən şəxs saxlanılıb
Bakıda Yasamal rayonunda elektronika mağazasından 2 min 900 manatlıq mobil telefon oğurlamaqda şübhəli bilinən 36 yaşlı O.Burciyev saxlanılıb.Araşdırmalarla məlum olub ki, o, satıcının başının qarışıq olmasından istifadə edərək əməli törədib. Saxlanılan şəxsin Nəsimi rayonu ərazisindəki mağazadan da 750 manat dəyərində qızıl-zinət əşyası talaması məlum olub.Araşdırmalar davam etdirilir.
16 aprel 2026

