Elektron Təhlükəsizlik Xidməti vətəndaşları yeni dələduzluq üsulundan qorunmağa çağırıb
Elektron Təhlükəsizlik Xidməti kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib.Son dövrlərdə dələduzlar ictimai yerlərdə müxtəlif bəhanələrlə insanlardan telefon vasitəsilə kömək istəyərək onların biometrik məlumatlarını ələ keçirməyə çalışırlar. Gizli videozəng və ekran yazısı vasitəsilə səs və üz görüntüləri qeydə alına bilər. Qurum vətəndaşlara naməlum cihazlarda təsdiq əməliyyatları aparmamağı və şəxsi məlumatlarını paylaşmamağı tövsiyə edir. Şübhəli hallarla bağlı “1654” qaynar xəttinə müraciət etmək mümkündür.
25 may 2026

