Elektrik mişarı kişini xəstəxanalıq etdi
2020-06-09 16:08
Ağstafa rayonunun Saloğlu qəsəbəsində yerli sakin ehtiyatsızlıqdan özünə xəsarət yetirib. 32 yaşlı Baloğlan Əbduloğlu elektrik mişarla iş görən zaman ehtiyatsızlıq nəticəsində hər iki ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən zərərçəkənin vəziyyətinin kafi olduğu deyilir.
Vüsalə Camal