Elanqa: “Qarabağ” qeyri-adi komandadır
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək "Nyukasl"komandasının futbolçusu Antoni Elanqa matçdan əvvəl mətbuat konfransında bildirib ki, Bakıdakı ilk oyunda sərfəli nəticə qazanmaq istəyirlər. O, Azərbaycan çempionu barədə danışarkən “Qarabağ müsbət mənada qeyri-adi komandadır. Onlar kollektiv olaraq yaxşı çıxış edirlər” deyib. Qeyd edək ki, bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq qarşılaşmanın cavab matçı fevralın 24-dən 25-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə keçiriləcək.
18 fevral 2026

