Elçin Əmirbəyov Çexiya rəsmiləri ilə görüşlərdə Ermənistanla normallaşma prosesindən danışıb
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiyaya işgüzar səfər edib. Səfər çərçivəsində o, Çexiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan-Çexiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun genişləndirilməsi, eləcə də enerji, nəqliyyat və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Avropa İttifaqı ilə münasibətlərdə müsbət dinamika da diqqətə çatdırılıb. Səfər zamanı həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib. Çexiya tərəfi sülh gündəliyini dəstəklədiyini bildirərək, sazişin tezliklə imzalanmasının vacibliyini vurğulayıb.
15 aprel 2026

