Eks-nazir Səlim Müslümov həbs olunub
2020-02-04 16:07
Sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və təkrar külli miqdarda rüşvət alma maddələri ilə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.
Vəfa Şairova