Ekologiyaya 61 min manatdan çox ziyan vurulub
Ekologiyaya 61 min manatdan çox ziyan vurulması faktı ilə bağlı cinayət işi başlanılıb. Baş Prokurorluqdan məlumat verilib ki, Bakı şəhəri, Qusar, Gədəbəy və Tovuz rayonlarında ümumilikdə 281 ədəd ağac və kol qanunsuz kəsilib. Faktlarla bağlı istintaq aparılır.
Fərid Mehdiyev