Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 53 gündür davam edir. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Ekofəallar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Bu gün Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 62 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
Xankəndi-Laçın yolunda avtomobilərin hərəkətinə növbəti dəfə şərait yaradılıb. Yoldan Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin sayı gün ərzində 74-ə çatıb.
Nərgiz Camal